AŞ PA həmməruzəçisi niyə həbsxanalara buraxılmadı? - PENİTENSİAR XİDMƏTDƏN AÇIQLAMA

  • By admin
  • 13 İyul 2019 11:00

 

Bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının ölkəmiz üzrə həmməruzəçisi Stefan Şennak həbsdəki siyasi məhbuslarla görüşə buraxılmayıb.

Gununsesi.org bildirir ki, bu barədə həmməruzəçi səfərinin yekununa dair müsahibəsində deyib.

O, bildirib ki, Penitensiar Xidmətə müraciəti cavabsız qalıb.

“Əvəzində təklif etdilər ki, mən müvəqqəti saxlanma yerlərinə baxış keçirim”-deyə Şennak bildirib.

Bəs görəsən, qapılarının hır zaman AŞ PA həmməruzəçilərinə açıq olduğu Penitensiar Xidmət bu dəfə niyə “yox” deyib.

Penitensiar Xidmtətin mətubat xidmətinin rəisi Mehman Sadıqov Gununsesi.org-a açıqlamasında bildirib ki, Avropa Şurası və digər beynəlxalq insan hüquqları qurumları ilə hər hansı bir problem yoxdur: “Sadəcə nəzərə almaq lazımdır ki, Penitensiar Xidmət müstəqil deyil, hansının bir qurumun tərkibində fəaliyyət göstərir. Mən konkret olaraq, Stefan Şennakın başçəkmələrlə bağlı Penitensiar Xidmətə müraciətinə rast gəlməmişəm”.

Elmar

Gununsesi.org