AŞ PA həmməruzəçisi Qənimət Zahidə cavab verdi

  • By admin
  • 28 Yanvar 2020 15:50
Xəbər verdiyimiz kimi, sabah AŞ PA da Azərbaycanda siyasi məhbuslarla bağlı Torhildir Sunnanın hesabatı müzakirəyə çıxarılacaq.
Gununsesi.org bildirir ki, Avropada yaşayan jurnalist Qənimət Zahid özünün sosial şəbəkə hesabında bu haqda yazaraq, məruzəçinin Azərbaycan hökumətindən rüşvət alıb-almamasına dair şübhələrinə son qoyulacağını yazıb.
O iddia edib ki, məruzəçi Bakıda yaxşı qarşılanıb.
Torhildir Sunnanın isə müxalif jurnalistə cavabı gecikməyib.
Həmməruzəçi Azərbaycandan rüşvət almadığını deyib: “Mən rüşvət almamışam. Siz hesabatla tanış olanda, bunun şahidi olacaqsınız”.