“ASAN Viza” vasitəsilə 184 ölkənin vətəndaşlarına elektron vizalar verilib

“ASAN Viza” vasitəsilə 184 ölkənin vətəndaşlarına elektron vizalar verilib

 

2019-cu ilin birinci yarısında “ASAN Viza” vasitəsilə verilən electron izaların sayı 429 min təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 61% çoxdur.

Gununsesi.org bildirir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyala üzrə Dövlət Agentliyinin məlumatında deyilir.

95 ölkənin vətəndaşları www.evisa.gov.az sistemi üzrə viza ala bilər. Vizalar üç saat ərzində verilir.

“ASAN Viza” vasitəsilə verilən vizaların 39 faizi Azərbaycanın hava limanlarında 15 ölkə vətəndaşlarına verilib. BƏƏ, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları aeroportda viza ala bilər.

Ümumilikdə, “ASAN Viza” vasitəsilə 184 ölkənin vətəndaşlarına elektron viza verilib.

Gununsesi.org

COMMENTS