Asif Əsgərov sakinlərlə görüş keçirdi - FOTO

  • By admin
  • 14 Avqust 2019 15:15

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.

Gununsesi.org xəbər verir ki, qəbulda sakinlərin bir sıra məsələlərlə bağlı, o cümlədən su xəttinin təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, ağacların budanması barədə müraciətləri dinlənilib.

 Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbulun Nəsimi rayonu ərazisində, xüsusilə mikrorayonlarda görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.




Gununsesi.org