Asif Yusifli azadlığa buraxıldı

  • By admin
  • 25 Noyabr 2019 13:44

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli həbsdən azad olunub.

Gununsesi.org xəbər verir ki, onun həbs müddəti başa çatıb və bu gün azadlığa çıxıb.

A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.

İttihamda yazılıb ki, zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.

Gununsesi.org