Asiya İnkişaf Bankı: ““Azərbaycan Dəmir Yolları”nı sektordakı islahatlara görə regionun lideri hesab etmək olar”- 75 MİLYON DOLLAR KREDİT AYRILDI

Asiya İnkişaf Bankı: ““Azərbaycan Dəmir Yolları”nı sektordakı islahatlara görə regionun lideri hesab etmək olar”

 

 

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Azərbaycan Dəmir Yolları” QSC-yə islahatların uğurla davam etməsi üçün 75 mln ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiqləyib.

Bu vəsait 2017-ci ilin dekabrında təsdiqlənmiş Azərbaycanda dəmir yolu sektorunun inkişafı Proqramının (RSDP) maliyyələşdirilməsi üçün ayrılan ümumi məbləği 400 mln dollar olan kreditin sonuncu tranşıdır. Bu maliyyələşdirilmə iki kreditdən ibərətdir – bunlardan biri 250 mln dollar həcmində olan siyasi kredit (PBL) və 150 mln dollar həcmində layihə kreditidir.

Proqram Azərbaycanda dəmir yolu sektorunda xidmətlərin keyfiyyətinin və dəmir yolu əməliyyatlarının maliyyə dayanıqlığını yaxşılaşdırılması üçün hazırlanıb. PBL komponenti Azərbaycanda dəmir yolu sektorunun inkişafına yönəlmiş islahatları dəstəkləyib, layihə krediti isə iki xətli yolların və uzunluğu 166 km olan Sumqayıt-Yalama dəmir yolu xəttinin strukturunun bərpasını nəzərdə tutulub.

Asiya İnkişaf Bankı tərəfindən təsdiqlənmiş vəsait PBL-ın ikinci tranşıdır. Hər bir tranş Bank tərəfindən konkret həyata keçirilən işlərdən sonra ayrılır. Məbləği 175 mln diollar olan birinci tranş 2018-ci ilin 26 yanvar tarixində təsdiqlənib. İkinci tranşın alınması üçün “Azərbaycan Dəmir Yolları” QSC Cəmiyyətin idarəetmə strukturunun, maliyyə idarəetməni, borc öhdəlikləri strukturunu yaxşılaşdırılması, maliyyə müstəqilliyinin və əməliyyatların effektivliyini təmin edilməsi həyata keçirilib.

Bankda hesab edirlər ki, dəmir yolu sektorundakı islahatlara görə “Azərbaycan Dəmir Yolları” QSC-ni regionun lideri hesab etmək olar. “ADY-nin daimi olaraq effektivliyin artırılmasına istiqamətlənməsi yüksək qiymətə layiqdir və regionun digər dəmir yolları agentlikləri üçün mühüm təcrübədir”, – AİB-də qeyd edirlər.

Qeyd edək ki, AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Bankın mənzil iqamətgahı Filippin paytaxtı Manilada yerləşir. Azərbaycan Asiya İnkişaf Bankına 22 dekabr 1999-cu ildə üzv qəbul edilib. Ölkənin bankın kapitalında iştirak payı 0,5% təşkil edir

COMMENTS