Ata qızını şantaj edən oğlanı güllələyib - VİDEO

  • By admin
  • 09 Noyabr 2018 11:11

Ata qızını şantaj edən oğlanı güllələyib.

Minval.info xəbər verir ki, hadisə Türkiyənin Ataşehir bölgəsində baş verib. Belə ki, şantaja məruz qalan qızın atası M.K üç nəfərlə birgə Z.K adlı gənclə kafedə görüşüb. Ardınca hədələnən qadının valideyninin dostu silah çəkərək oğlanın əlindən mobil telefonunu alıb.

Ardınca iaşə obyektində çölə çıxarılan oğlana fiziki təzyiq göstərilib və o, qızın atasıyla dostları tərəfindən ayağından güllələnib. Görüntülər kafenin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Məlumata görə, Z.K şantaj etdiyi R.D-nın atasının şirkətində mühasib vəzifəsində çalışıb. Onlar arasında iki il sevgi münasibəti yaşanıb. İddia edilir ki, Z.K sevgilisini mobil telefonundakı görüntülərlə hədələyərək bu yolla onda böyük mələğdə pul istəyib. Onun bir neçə dəfə istəyinə nail olduğu bildirilir.