“Atam ən enerjili adamdır” - TRAMPIN OĞLU

  • By admin
  • 17 Yanvar 2018 23:20

ABŞ prezidenti Donald Trampın oğlu Erik atasının son tibbi müayinələri barədə danışıb.

Gununsesi.info xəbər verir ki, E.Tramp müayinənin nəticələrindən danışarkən atası kimi başqa heç kimi bu qədər enerjili görmədyini vurğulayıb.

O deyib: “Birincisi, heç vaxt atamın soyuqladığını görməmişəm. İkincisi, onda olan enerji hər hansı bir gəncdə heç yoxdur. İşdə kimi desən geridə qoyar”.

Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni fikirləri ictimaiyyətə açıqlayıb: “Donald Tramp tamamilə sağlamdır. Yalnız fiziki idman hərəkətlərinə başlaması və bir neçə kiloqram çəki atması yaxşı olardı”.

Gununsesi.info