“Atam üçün dürüstlük hər şeydən əhəmiyyətli idi” - FAZİL MƏMMƏDOVUN QIZI

  • By admin
  • 10 Dekabr 2017 09:10

Sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

S.Məmmədova atası ilə birgə şəkillərdən seçmələr paylaşıb və onlara bu qeydi əlavə edib: “Bu mahnı, mənim atam üçündür, hansı ki, həmişə insan olaraq qalıb. Hansı ki, dürüstlük hər şeydən daha əhəmiyyətli idi. Böyük ürəkli insan üçün. Ata üçün, hansı ki, şərəf və ləyaqətlə 23 il hökumətə xidmət etdi”.

Xatırladaq ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 5 dekabrda Azərbaycan prezidentinin sərəncamı ilə azad edilib. Onun yerinə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Gununsesi.info