ATV-nin aparıcısına yeni vəzifə verildi

ATV-nin aparıcısına yeni vəzifə verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr dəyişikliyi olub.

Gununsesi.org xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev tutduğu vəzifəsindən azad edilərək başqa bir şöbəyə təyinat alıb.

 Onu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində Ceyhun Səfərov əvəzləyəcək.

Xatırladaq ki, C.Səfərov 2003-cü ildən ATV kanalında aparıcı kimi çalışıb.

Gununsesi.org

COMMENTS