“Audi” yeni avtomobilini təqdim etdi

  • By admin
  • 14 Oktyabr 2017 22:31

IMG_4329

Premial Alman brendi Audi Frankfurt-2017 avtosalonu çərçivəsində yalnız arxa ötürücü ilə təchiz edilən məhdud versiyalı model R8 V10 RWS-in rəsmi surətdə sirrini açıb.

Gununsesi.info auto.az-a istinadən bildirir ki, güman edildiyi kimi, təqdim edilmiş kupe Audi R8 V10 RWS adi avtomobildən tam ötürücüdən məhrum edilməsi ilə seçilir. Beləliklə, qarşımızda drift sevənlər üçün ideal olacaq avtomobil dayanıb. Lakin qeyd etməliyik ki, drif sevənlər mütləq tələsməlidirlər.

İstehsalçının məlumatına görə, arxa ötürücülü superkar Audi R8 V10 RWS-dən cəmi 999 ədəd buraxılacaq. Məhdud sayda buraxılacaq kupenin mühərrik hissəsində yaxşı tanıdığımız 5,2-litrlik V10 TSI dayanır.

Gununsesi.info