AVRO-2016: Fransa 1/8 finala vəsiqə qazanıb - VİDEO

  • By admin
  • 16 İyun 2016 09:10

Albania_s_Mergim_Mavraj_l

 

İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun oyunlarına start verilib.

Gununsesi.info xəbər verir ki,  günün son qarşılaşması Fransa və Albaniya (“A” qrupu) arasında olub.

Fransalılar rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəq.) və Dmitri Paye (90+5) vurub.

Beləliklə, iki oyundan sonra 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.