AVRO-2020-nin himninin müəllifi məlum olub

  • By admin
  • 20 Oktyabr 2019 13:08

UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti bildirib.

Martin Qarriks 2018-ci ilin qış Olimpiya oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o “Formula-1” Yaponiya Qran-prisində də çıxış edib.

“Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm”, – deyə 23 yaşlı Qarriks “Twitter”dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində – 12 iyun 2020-ci ildə Romada, “Olimpiko” stadionunda ifa olunacaq.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində – Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək.

 

Gununsesi.org