Avropa 1500-ə yaxın qaçqını Azərbaycana qaytarıb - DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN RƏİSİ

  • By admin
  • 15 Yanvar 2020 19:38

 

2014-cü ildən bu yana readmissiya qaydasında Avropa ölkələrindən Azərbaycana 1445 nəfər geri qaytarılıb.

Gununsesi.org bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bugünkü mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycana 457 nəfər, 2018-ci ildə isə 464 nəfər qayıdıb. Deportasiya olunanların əksəriyyəti Almaniyaya mühacirət edənlər olub.

Həmçinin Azərbaycan vətəndaşları Avstriya, Fransa, İsveç və Belçikadan geri qaytarılıb.

Azərbaycan ilə Aİ arasında readmissiya sazişi 2014-cü ildə imzalanıb. Readmissiya sazişləri qeyri-leqal miqrantların öz ölkələrinə və ya tranzit dövlətlərə qayıtmasını nəzərdə tutur.