“Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək” - MARKUS EDERER

  • By admin
  • 14 Fevral 2018 23:50

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar artıq tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

“Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Gununsesi.info