Avropa İttifaqı və Avropa Şurası Azərbaycana 1,6 milyon avro ayırır

  • By admin
  • 02 Oktyabr 2019 13:13

Avropa İttifaqının Nümayəndəliyi və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ikinci mərhələsi çərçivəsində 2019-2021-ci illərdə icra olunacaq Azərbaycan üçün birgə layihələrini təqdim edəcək.

Bu barədə Avropa Şurasının mərkəzi ofisindın Gununsesi.org-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, sabah Avropa İttifaqının Nümayəndəliyi və Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT-2) birgə proqramının ikinci mərhələsi çərçivəsində Azərbaycanda icra olunan yeni birgə layihələri təqdim edəcək. Təqdimat cari ilin may ayında proqramın fəaliyyətinə başlanılmasından sonra Yerli Rəhbər Komitənin ilk iclasının bir hissəsi olacaq. 2019-2021-ci illərdə Azərbaycanda ümumi büdcəsi 1,6 milyon avro olan Aİ (80%) və Avropa Şurası (20%) tərəfindən maliyyələşdirilən Azərbaycanda icra olunan iki layihə həyata keçiriləcəkdir. Bu layihələrin məqsədi Azərbaycan qrumlarına korrupsiyaya qarşı mübarizə və qarşısının alınması üçün institusional imkanların daha da gücləndirilməsində kömək etmək, həmçinin məhkəmə islahatlarını dəstəkləmək, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artırmaq, cinayət ədliyyə sahəsində islahatları dəstəkləmək və Avropa Şurası uyğun standartlarının tətbiqində kömək etməkdir. Azərbaycanda icra olunan layihələrdən başqa, Azərbaycan ümumi büdcəsi 1,8 milyon avro olan iqtisadi cinayətlərlə mübarizə, ayrıseçkiliklə mübarizə və qadınların ədalət mühakiməsinə çıxışını asanlaşdıran üç regional layihədə də iştirak edir.

Zoltan Hernyeş, Avropa Şurasının Azərbaycan Ofisinin rəhbəri; Səfir Kestutis Jankauskas, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri; Arkadi Sytine, Avropa Şurasının (Strasburq) Ümumi Proqramlar üzrə Baş Direktoratlığı, Proqramlaşdırma Şöbəsi, YİT proqramının əlaqələndiricisi; və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya şöbəsinin rəis müavini Fərəh Acalova tədbirdə açılış nitqi edəcək və gözlənilən nəticələrə, habelə layihələrin təsirinə toxunacaqlar.

Gununsesi.org