Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin yubiley sammiti keçirildi - MOGERİNİ BƏYANAT YAYDI

  • By admin
  • 14 May 2019 17:31

Mayın 13-də Brüsseldə Avropa İttifaqının 2009-cu ildə əsası qoyulmuş “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək yubiley sammitinin ilk günündə Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşü olub.

İclas Aİ-nin ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə Aİ-yə üzv 28 ölkə və “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib.

Gununsesi.org bildirir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

F.Moqerini bildirib ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndirir: “Biz hələ də bölgədə üzləşdiyimiz çətinliklər və problemlərə baxmayaraq bu əməkdaşlığı yüksək dəyərləndiririk. Bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və tərəfdaş ölkələr ticarət, iqtisadi inkişaf, insan haqları, vətəndaş cəmiyyətinin rolu kimi sahələrdə birgə işləyirlər”.

Federica Mogherini ile ilgili görsel sonucu

Dünən Aİ “Şərq Tərəfdaşlığı”nın 10 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, bu layihə ümumi dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratiya və qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəetməyə, o cümlədən korrupsiyaya qarşı mübarizə, davamlı inkişaf və bazar iqtisadiyyatına əsaslanır.

Bildirilir ki, “Şərq Tərəfdaşlığı” siyasəti birgə məsuliyyət, inklusivlik, fərqləndirmə prinsipləri ilə tənzimlənir və birgə prioritetləri rəhbər tutur.

Federika Moqerininin sədrliyi ilə Aİ-yə üzv 28 ölkə və “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib. ile ilgili görsel sonucu

Qeyd edilir ki, 10 illiklə bağlı bu görüş Aİ və digər altı ölkənin bu tərəfdaşlığının kökündə dayanan dəyərlər və prinsiplərə sadiqliyinin və “Şərq Tərəfdaşlığı” Sammitlərində qəbul olunmuş  bəyannamələrdə  təsbit edilmiş birgə öhdəliklərin təsdiq edilməsinə və onların inkişaf etdirilməsinə imkan yaradır.

Açıqlamada vurğulanır ki, illər ərzində “Şərq Tərəfdaşlığı” səmərəli, möhkəm, uyğunlaşdırılmış və dinamik bir format olduğunu sübut edib: “Bu siyasət qarşılıqlı faydalı əlaqələri gücləndirməyə xidmət edib. 2009-cu ildən bu günədək ”Şərq Tərəfdaşlığı” ikitərəfli və çoxtərəfli əlaqələrin daha da dərinləşməsi üçün güclü zəmin yaradıb. “Şərq Tərəfdaşlığı” əməkdaşlıq sahələrini inkişaf etdirib, davamlı şəkildə genişləndirib, iqtisadi inteqrasiyanı və Aİ ilə tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsini sürətləndirib. Artan ticarət, iqtisadi inteqrasiya və Aİ ilə tərəfdaş ölkələr arasında siyasi birliyin, iqtisadi inteqrasiyanın və sektoral əməkdaşlığın gücləndirilməsi kimi əldə olunmuş nailiyyətlər gələcəkdə qarşılıqlı maraqlara, ehtiyaclara, birgə prioritetlərə və davamlı islahatların həyata keçirilməsinə əsaslanan irəliləyişlər üçün təkan verəcək.  Biz gələcək əməkdaşlığımızın gündəliyi, xüsusən də növbəti “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq və bu hazırlıqların vaxtında tamamlanmasını təmin etmək məqsədilə hərtərəfli və geniş məsləhətləşmə proseslərini davam etdirməliyik”.

Gununsesi.org