Avropa Komissiyası “Google” şirkətini 1,5 milyard avro cərimələyib

  • By admin
  • 21 Mart 2019 10:31

Avropa Komissiyası İnternetdə reklam yerləşdirilməsi və axtarış zamanı onun fərqləndirilməsində Avropanın rəqabət normalarını pozduğuna görə Google şirkətini 1,5 milyard avro cərimələyib. Şirkətlə bağlı təhqiqat 2016-cı ildə başlanıb.

Qurum üzə çıxarıb ki, 2006-cı ildən bəri şirkət rəqiblərinin reklamıyla bağlı kontraktları məhdudlaşdırıb. Bildirilir ki, Google kənar saytlarla müqavilələr bağlayaraq rəqiblərinin onların axtarış nəticələrində reklam yerləşdirməsinə imkan verməyib. Bundan başqa, korporasiya tələb edibmiş ki, onun reklamı üstün yerdə yerləşdirilsin.

Google sahibi Alphabet reklamdan böyük pullar qazanır, 2018-ci ildə gəlirləri 30,7 milyard dollara çatıb. 2017-ci ildə isə 12,66 milyard dollar idi.