Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi- BU DƏFƏ SEYMUR HƏZİYƏ GÖRƏ

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi  hazırda həbsdə olan olan tanınmış jurnalist Seymur Həzi barəsində qərarını elan edib.

Gununsesi.org-un Avropa Məhkəməsinin saytına istinadən verdiyi xəbərə görə, məhkəmə hesab edib ki, Azərbaycan məhkəmələri S.Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub.

Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb. AİHM-dən Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

COMMENTS