Avropa Parlamenti Azərbaycanla sazişi müzakirə edəcək

  • By admin
  • 22 İyun 2016 15:46

ASHPA

 

Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb. Gununsesi.info qurumun rəsmi saytına istinadən xəbər verir ki,  iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək. Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.

Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib (APA).