Avropa Şurasına sədrlik Gürcüstana keçib

  • By admin
  • 27 Noyabr 2019 22:13

Gürcüstan Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb.

Gununsesi.org xəbər verir ki, Gürcüstan sədrliyi Fransadan təhvil alıb.

Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.

Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

 

Gununsesi.org