Avstraliyada 5 mindən çox dəvə güllələndi

  • By admin
  • 14 Yanvar 2020 19:14

Avstraliyada 5 mindən artıq dəvə güllələnərək öldürülüb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi dəvələrin kənd icmalarına tez-tez hücum etməsi göstərilir. Heyvanlar helikopterlərdən atəş açılaraq öldürülüb. Cənubi Avstraliya ştatının hökumətindən verilən açıqlamaya görə, quraqlıq və susuzluq daha çox dəvənin kəndlərə axınına səbəb olurdu. Bu axın nəticəsində yerli sakinlər qidasız və susuz qalmaq təhlükəsi ilə üzləşirlər. Bundan başqa, dəvələr sürücülərə də təhlükə yaradır. Xəstə heyvanlar bəzən içməli su hövzələrində ölür ki, bu da həm əhaliyə, həm digər heyvanlara xəstəliklər yaradır.

“Biz ziyanvericilərə qarşı mübarizə aparmalı, su ehtiyatını qorumalı, insanların, uşaqların həyatını riskə atmamalı, yerli flora və faunanı müdafiə etməliyik”, – deyə hökumətin açıqlamasında deyilir.

 

Gununsesi.org