Avstraliyada meşə yanğınlarında 350 nadir təbiət heyvanı yanaraq ölüb – Video

  • By admin
  • 09 Noyabr 2019 07:32

Avstraliyanı cənginə alan meşə yanğınları xilasedicilərin nəzarəti altından çıxıb. Gununsesi.org xəbər verir ki, bu barədə “Qafqazinfo” “MİR 24” telekanalına istinadən yazdığı xəbərində məlumat verir. 

Yanan meşələrlə Yeni Cənubi Uelys ştatında mübarizə aparırlar. Buna güclü külək mane olur. 50 böyük yanğın ocağını havadan su ilə söndürmək artıq mümkünsüzdür. Bir çox yaşayış məntəqələrinin sakinləri hökümətin təkidilə evakuasiya edilir. Yanğın nəticəsində 100-dən çox ev məhv olub.  30-dan çox insan yaralanıb, üç nəfər itkin düşüb.