Avstraliyada qəribə vəziyyət - İSTİ HAVA YARASALARI MƏHV EDİR

  • By admin
  • 09 Yanvar 2018 21:58

Avstraliyada bir neçə gün əvvəl qeydə alınmış anomal istilər minlərlə yarasanı “bişirib”.

Gununsesi.info xəbər verir ki, Sidney və digər şəhərlərdə 47 dərəcəyədək çatan isti yarasaların beyninin və digər həyati əhəmiyyətli orqanların həddən artıq qızmasına səbəb olur.

Nəticədə bu heyvanlar bədənləri üzərində nəzarəti itirib məhv olurlar.

Sinoptiklər yaxın günlərdə şiddətli istilərin davam edəcəyini proqnozlaşdırıb. Bu müddətdə daha çox yarasanın məhv olacağı istisna edilmir.

Gununsesi.info