AXCP-nin daha bir fəalı saxlanılıb

  • By admin
  • 27 May 2018 10:12

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramiz Kamal mayın 26-də saxılanılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə adıçəkilən partiyanın fəalları sosial şəbəkələrdə məlumat yayıb.

Ramiz Kamalın saxlanılmasının səbəbləri hələ bəlli deyil. Rəsmi qurumlar fəalın saxlanılması barədə hər hansı açıqlama verməyib.

Xatırladaq ki, mayın 8-də hazırda Rusiya vətəndaşı olan, 1992-1993-cü illərdə Gədəbəy rayon İcra hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov, mayın 10-da onun qardaşı oğlu Vidadi Rüstəmlı, mayın 25-də isə AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov həbs edilib.

Rəsmi məlumata görə, Saleh Rüstəmov Moskvada yaşayan azərbaycanlılardan pul toplayaraq həbs edilən fəalların vasitəsi ilə Əli Kərinliyə çatdırırrmış. Bu səbəbdən Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

AXCP ittihamları qəbul etmir və partiyaya qarşı iqtidarın təzyiqi kimi qiymətləndirir.