Aygün Almaniyada ilkə imza atdı -FOTOLAR

  • By admin
  • 28 Avqust 2016 12:42

aygun

 

Ötən gün xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards – 2016” mükafatlandırma mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, Almaniyanın Hamburq şəhərində baş tutan mərasimdə xalq artisti “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb.

A.Kazımova mərasimin keçirildiyi “Barkleykard” arenanın səhnəsində çıxış edib, Snup Doqla birgə ifa etdiyi “Coffee from Colombia” mahnısını səsləndirib.

Mükafatlandırma mərasimindən öncə isə məşhurların qırmızı xalçadan keçidi baş tutub. Müğənni üçün xüsusi olaraq iki özəl geyim hazırlanıb.

Xalq artisti ilə yanaşı Almaniyaya gürcü prodüser Stefani Mqebrişvili, müğənni Rəhim Rəhimli və bütün komandası səfər edib. Aygün Kazımova mükafat təqdim edilərkən Qarabağ da daxil olmaqla, bütün Azərbaycana təşəkkürünü bildirib. Onun bu jesti böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Aygün ilk Azərbaycan müğənnisidir ki, bu beynəlxalq mükafatlandırma mərasimində iştirak edir.

aygun1

aygun2

aygun3

Gununsesi.info