Aygün Kazımova ölümlə hədələnib

  • By admin
  • 11 Aprel 2019 12:18

Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.

Gununsesi.org  xəbər verir ki, bu barədə məşhur müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.

O, MTV-də yayımlanan “Üç canlı” proqramında  qonaq olarkən hadisənin “Aygün bir gün” adlı solo konsertindən bir gün əvvəl baş verdiyini qeyd edib:

“Aygün Kazımovanı konsertindən əvvəl hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.