Aygün və Röyanın 50 minlik MƏHKƏMƏSİNDƏN YENİ XƏBƏR

  • By admin
  • 15 Fevral 2018 12:55

Fevralın 15-də Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Nəcəfovanın (Röya Ayxan) həmkarı, əməkdar artist Aygün Hümbətovaya (Aygün Bəylər) qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, bu işə hakim Zaur Əliyev baxır. Amma cavabdeh Aygün Bəylər və ya nümayəndəsi məhkəməyə gəlməyib.

Buna baxmayaraq, hazırlıq iclasının qərarı elan edilib. Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldıran və həmkarından 50 min manat təzminat istəyən Röya Ayxanın şikayəti məhkəmə baxışına verilib. Məhkəmə baxışı isə fevralın 19-na təyin edilib.

Röya Ayxan iddia edir ki, həmkarı ARB telekanalında “Səhər-səhər” verilişində onun haqqında səsləndirdiyi ifadələrlə onun şərəf və ləyaqətini təhqir edib. O, Aygün Bəylərdən 50 min manat təzminatla yanaşı, həm də media vasitəsilə yalan danışması haqda etiraf xarakterli açıqlama tələb edir.

Gülər

Gununsesi.info