Aynişandan şəxsi həyatı haqqında ETİRAF: Özümə bənzər dəlini tapmaq istəyirəm

  • By admin
  • 08 İyul 2019 12:13

“Tək qalıb düşünməyi sevirəm. Yaşadıqlarımı yada salıb, yaşayacaqlarımı xəyal etməyi sevirəm. Hərdən nə isə dərd edirəm, kefim pozulur. Üzümdəki gülüş gedir. Sonra yadıma keçdiyim sınaqlar düşür… Dərd etdiklərim sonra bəsit görünür. Çünkü tam dəqiq olaraq anlayıram, ölümdən başqa reallıq yoxdur”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda yazıb. Bloger kimi fəaliyyət göstərən Aynişan şəxsi həyatındakı sıxıntılarından danışıb. O bildirib ki, son vaxtlarda bütün diqqətini özünə yönəldib:

“Sadəcə ruhumu bəsləmək, onu dinləmək, məhz ona xitab etmək istədiyimi anlayıram. Başqa insanların səs-küyü o qədər qulaqlarımı kar edib ki, sadəcə iç səsimi eşidirəm. Belə olmaq daha yaxşıdır. Çünki dəqiq bilirəm nə istədiyimi, kimi sevib, kimi sevmədiyimi. Öz aləmində yaşamaqdan gözəl heç nə yoxdur… Hərkəs kimi düşünməmək, fərqli olmaq, biraz dəli olmaq… Və özünə bənzər dəlini tapmaq”

Gununsesi.org