Aysel Əlizadə 13 illik ərimi əlimdən aldı - MÜĞƏNNİYƏ ŞOK İTTİHAMLAR

  • By admin
  • 14 Mart 2019 09:46

 

Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham səsləndirilib.

Gununsesi.org  xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir.

Qeyd edək ki, iki il əvvəl “Qafqazinfo” müğənninin 45 yaşlı sevgilisi ilə bağlı xəbər yaymışdı. Bakıda məşhur avtoqaleriyanın sahibi olan Elçin adlı şəxs, eyni zamanda “Yetim” ləqəbi ilə tanınır. O, Aysel Əlizadəyə son model “Porsche” almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə etmişdi. Belə ki, “90 EA 333” seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.