Bu hesabat qərəzli yazılıb- YAP-çı deputat

Bu hesabat qərəzli yazılıb

“ABŞ Dövlət Departamentinin bu hesabatında Azərbaycan reallıqları əks olunmayıb”.
Gununsesi.org xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı tənqidlərə münasibət bildirirkən deyib.
M.İbrahimqızının sözlərinə görə, ölkədə insan hüquq və azadlıqları sahəsində hər hansı ciddi problem yoxdur.
Deputat sənəddə Azərbaycanda siyasi fəal və dindarlara qarşı sərt cəzalar tətbiq edilməsi haqda fikirləri də rədd edir:
««Dindar» deyəndə kimi nəzərdə tuturlar, başa düşmürəm. Azərbaycanda insanların 99 faizi müsəlmandır, Allaha da, kitaba da inanır. Azərbaycanda barmaqla sayıla biləcək insan ateist ola bilər, əstəğfürullah, Quran, peyğəmbəri iqnor edə bilər. Ona görə «Azərbaycanda dindarların hüquqları pozulur» deyəndə mənə gülməli gəlir. Şükür allaha, eşitməmişəm hansısa axundun, imamın hüququ pozulsun, bütün savadlı, savadsız mollalar da məscidlərdə iştirak edirlər. Bununla bağlı tənqidi qətiyyən qəbul etmirəm».
M.İbrahimqızı ölkədə sərbəst toplaşmaq azadlığının da təmin edildiyini, müxalif qüvvələrin aksiyalar keçirməsinə əngəl olmadığını söyləyir, «istədikləri vaxt aksiya keçirirlər» deyə bildirir.

COMMENTS