Azərbaycanda məmur Dünya Kubokunun qalibi oldu- FOTO

Azərbaycanda məmur Dünya Kubokunun qalibi oldu

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Orxan Süleymanov Goju-Ryu Karate idman növü üzrə ikinci Dünya Kubokunun qalibi olub.

Gununsesi.org xəbər verir ki, 10-12 may tarixlərində Ukraynanın Odessa şəhərində keçirilən yarışda 20 ölkədən 750 idmançı iştirak edib.
İkinci yarış günü ölkə təmsilçimiz Orxan Süleymanov ağır çəki dərəcəsində qüvvəsini sınayıb. Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edən Orxan Süleymanov finala yüksəlib. Həll edici döyüşdə Ukrayna idmançısı ilə üz-üzə gələn təmsilçimiz dünya kubokunun sahibi olub.
Məlumat üçün bildirək ki, dünya kubokunda idmançılarımızın iştirakı WKC növləri üzrə Karate-Do Federasiyasının təşkilatçılığı ilə təmin edilib.

Azərbaycanda məmur Dünya Kubokunun qalibi oldu -FOTOAzərbaycanda məmur Dünya Kubokunun qalibi oldu -FOTO

COMMENTS