Azərbaycanda “pir biabırçılığı”- AVVAM CAMAAT QALOŞU BAŞINA SÜRTÜB MƏDƏT UMUR

Azərbaycanda “pir biabırçılığı”

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. 

Gununsesi.org  xəbər verir ki, videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaları, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məsələni Oxu.Az da araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

COMMENTS