Azərbaycanda qızlar yetkinlik yaşına çatmamış fahişəliyə cəlb edilir

Azərbaycanda qızlar yetkinlik yaşına çatmamış fahişəliyə cəlb edilir

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır.

Gununsesi.org statistik göstəricilərə istinadən xəbər verir ki, ölkə üzrə yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi 2008-ci ildə daha çox olub.

Həmin il 10 belə hal qeydə alınıb. Bu kateqoriya üzrə 2005-ci ildə dörd, 2006-cı ildə yeddi, 2007-ci ildə səkkiz, 2009-cu ildə beş cinayət faktı aşkarlanıb.

2010, 2011, 2012, 2014-cü illərin hər birində isə iki belə hal qeydə alınıb. 2013-cü ildə bu rəqəm üç olub.

Rəsmi rəqəmlərə görə, yetkinlik yaşına çatmayanların fahişəliyə ən az cəlb edilməsi 2015-ci ildə (cəmi bir hal) qeydə alınıb.

Sonrakı illərdə isə – 2016-cı ildə dörd, 2017-ci ildə yeddi, 2018-ci ildə isə beş cinayət aşkarlanıb.

Gununsesi.org

COMMENTS