Azərbaycanda üçəm doğuldu- Heydər, İlham, Arif

Azərbaycanda üçəm doğuldu

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.

COMMENTS