Azərbaycandakı bank da ABŞ-ın sanksiyasına düşdü

Azərbaycandakı bank da ABŞ-ın sanksiyasına düşdü

Xəbər vediyimiz kimi, ABŞ-ın Xəzinə Nazirliyi, İran sanksiyalarının ikinci paketi çərçivəsində embarqo tətbiq ediləcək 700-dən çox qurum və şəxslərin adlarını yayıb. 

Gununsesi.org bildirir ki, “Marja”nın əldə etdiyi məlumata görə, siyahıda “Bank Melli İran”ın da adı var. Bu bankın ölkə daxilində və xaricindəki törmə qurumları, fililları da sanksiya siyahısına daxil edilib. Beləliklə, “Bank Melli İranın Bakı filialı” da ABŞ-ın embarqosuna məruz qalıb.

Embarqo siyahısında adı olan şirkətlər (və ya banklar ilə) ilə əməkdaşlıq emək, iş görmək qadağan edilir. Əks halda, ABŞ belə qurum və şəxsləri cəzalandıracaqdır.

“Bank Melli İran Bakı filialı” İran İslam Respublikasında yerləşən “Bank Melli İran”a məxsusdur və onun Azərbaycanda ayrıca idarəetmə orqanları yoxdur.

ABŞ rəhbərliyinin sanksiya siyahısına əlavə etdiyi bütün şəxs, qurum, gəmi və təyyarələrin siyahısına “https://www.treasury.gov/resource-center/sanctions/OFAC-Enforcement/Pages/20181105_names.aspx” linkindən baxa bilərsiniz.

COMMENTS