Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər.

Gununsesi.org Pakistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Şurasının icraçı direktoru Florian Senqşmid məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır.

“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir” – deyə o, əlavə edib.

Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir.

2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.

 

Gununsesi.org 

COMMENTS