Azərbaycanlı aktrisa məşhur türk serialında çəkilir

Azərbaycanlı aktrisa məşhur türk serialında çəkilir

Azərbaycanlı aktrisa Gülay Hüseynova Türkiyədə seriala çəkilir. 

Axşam.az-ın məlumatına görə, o, Show TV-də yayımlanan “Yeni gəlin” serialında rol alıb.

Ekran işinə 57-ci bölümdə daxil olan Gülay orada həkim Oksana obrazını canlandırıb.

Qeyd edək ki, Gülay bundan əvvəl Star TV-də yayımlanan “Kalbimin sultanı” serialında çəkilmişdi. G.Hüseynova eyni zamanda tamaşaçıya kitabları ilə də tanışdı.

COMMENTS