Azərbaycanlı biznesmen qəzada öldü- FOTOLAR

Azərbaycanlı biznesmen qəzada öldü

Rusiyada tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov faciəvi şəkildə həlak olub.

Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, “Ruslada” şirniyyat məhsulları fabrikinin sahibi olan biznesmen 15 oktyabr səhər saatlarında Çelyabinsk vilayətində Yujnouralsk – Maqnitorsk avtomobil yolunda qəzaya düşüb.

“Toyota Land Cruiser” markalı avtomobillə hərəkət edən Süleymanov idarəetməni itirdiyindən xəndəyə düşüb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib.

Qeyd olunur ki, Ə. Süleymanov 1960-cı ildə Azərbaycanda dünyaya gəlib. Bakıdakı Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunu bitirib, 1995-ci ildə Çelyabinskə gedib. Bazarda kiçik bir mağaza açaraq fərdi sahibkar kimi fəaliyyətə başlayıb. Ailəlidir, üç övladı var.

Süleymanov müxtəlif biznes sahələrində – qənnadı müəssisəsindən tutmuş inşaat sahəsinə qədər fəaliyyət göstərən bir neçə şirkətin sahibidir. O, Çelyabinskin 100 ən zəngin insanlarından biri olub.

“Ruslada” ticarət evi – qənnadı məhsullarının böyük bir tədarükçüsü, 250-dən çox qənnadı fabrikinin distribyutorudur. Süleymanovun bu sahədə öz istehsalı var. Məhsullar “Kolos”, “Rusladko”, “Malinkin” və “Limerick” markaları altında satılır.

Həmçinin, Süleymanovlar ailəsi Cənubi Uralda istirahət biznesi qurublar. Bir neçə il əvvəl onlar “Günəşli çimərlik” adlı hava mərkəzinin layihəsini həyata keçiriblər. Smolino gölündəki kilsə yaxınlığındakı sahil zonasını müasir çimərliyə, yay kafesini isə “Grand Roya” restoranına çeviriblər. Bənzər bir layihə, Rusiya Dəmir Yollarının keçmiş Kumkul gölündəki istirahət mərkəzinin yerində həyata keçirilib.

COMMENTS