Türkiyənin səfiri naxçıvanlıları təkzib etdi- QEYRİ-LEQAL YAŞAYANLARIN KÜTLƏVİ DEPORTASİYASI OLMAYIB

Türkiyənin səfiri naxçıvanlıları təkzib etdi

“Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir”.

Gununsesi.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıqlamasında deyib. O bildirib ki,  dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib”.

Xatırladaq ki, Türkiyədən Naxçıvana deportasiya edilən bir qrup Muxtar Respublika sakininin Gununsesi.org- a göndərdiyi məlumatda belə deyilirdi.

Gununsesi.org

COMMENTS