Azər Allahverənov orden ilə təltif edilib

  • By admin
  • 17 Oktyabr 2019 18:11

Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, sosial fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurasının Sədri Azər Kərim oğlu Allahverənov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib. Bu barədə məlumatı mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Mətbuat Xidmətindən bildirilib.

Türk Dünyası qarşısında xidmətlərinə və Ukrayna-Azərbaycan əlaqələrinin möhkələmdirilməsinə görə Azər Allahverənov, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədovun əmri ilə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb. Azər Allahverənova “Xüsus Xidmətlərə görə” Ordenini, bu gün Bakıda Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov təqdim edib.

Gununsesi.org