Azər Həsrət: “Çılpaq qızların dostlarının siyahısında deputatları da görürəm”

  • By admin
  • 06 Dekabr 2019 13:00

Əməkdar jurnalist Azər Həsrət bir müddət öncə ictimailəşdirdiyi “Sosial şəbəkələrdə çılpaq qızlar mənə dostluq atır” ifadəsinə aydınlıq gətirib.

Gununsesi.org-un  xəbərinə görə, A.Həsrət İctimai Televiziyada yayımlanan “3D” verilişində şərti aparıcı Dadaşlinski Dadaş Dadaş oğlunun “Demisiniz ki, çılpaq qızlar sosial şəbəkədə dostluq göndərirlər. Nə istəyirlər sizdən? Etiraf edək ki, Bred Pitt deyilsiniz. Yəni, çılpaq qızlar Azər Həsrətdən nə istəyir?” sualına belə cavab verib: “Bu, mənim Bred Pittliyim məsələsi deyil. Sosial şəbəkə elə bir yerdir ki, hər kəs nəsə etməyə çalışır. Təbii ki, qarşılarına kim çıxır, ona dostluq atırlar. Bu, mənim görünüşümə görə deyil. Sadəcə, qarmaq atırlar, fərq etmir, kimdir, Azər Həsrətdir, yoxsa Dadaş Dadaşlinskidir. Məni təəccübləndirən o olur ki, dostluq atan çılpaq qızların dostlarının siyahısına baxdıqda orada deputatları da görürəm. Ona görə bunu ictimailəşdirdim ki, yəni, rədd elədim, deputatın nə işi var bunun dostluğunda?”

 

Dadaşlinski isə “Millətin vəkilidir də, dostluğu qəbul edir, bəlkə dərdinə-sərinə yaxın olmaq istəyir…” replikasını atıb.

 

A.Həsrət isə “Məncə, dərinə getməyək bu məsələdə…” deyərək mövzunu dəyişib.

Gununsesi.org