“Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır” - Səfir Örl Litzenberger: 

  • By admin
  • 15 Aprel 2019 11:58

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı azərbaycanlıların yüksək qonaqpərvərliyinin şahidi oldum”.

Gununsesi.org bildirir ki, ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Örli Litzenberger deyib. Səfir bildirib ki, Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparır və bu işə töhfə verir. Amerikalı diplomatın sözlərinə görə, Azərbaycan 2001-ci ildən Əfqanıstana öz sülhməramlı qüvvələrini göndərib.

Ö. Litzenberger qeyd edib ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır.

Gununsesi.org