Azərbaycan Avropa İttifaqı ilə daha geniş əməkdaşlıqda maraqlıdır - ELMAR MƏMMƏDYAROV

  • By admin
  • 16 Oktyabr 2018 09:41

“Azərbaycan bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə gedib:

“Gununsesi” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir:

“Bu yaxınlarda Azərbaycan – Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımı çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik və mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam; hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək istərdik”.