Azərbaycan çətin rəqib deyil -Slovakiyanın ulduzu: "İstənilən halda rəqibi aşağılamaq olmaz”

  • By admin
  • 03 Dekabr 2018 14:26

Slovakia millisinin ulduz futbolçusu Marek Hamşik AÇ-2020-nin püşkatmasını dəyərləndirib. “Gununsesi.org” xəbər verir ki, yığmamızla eyni qrupda yer alan yığmanın yarımmüdafiəçisi komandamızı asan rəqib adlandırıb:

“Çətin bir qrup olduğunu düşünürəm. Xorvatiya şübhəsiz favoritdir. Uels də bizim üçün asan komanda olmasa da, oynaya bilərik. Ən çox Macarıstana qarşı oyunları gözləyirəm. Qonşularımıza qarşı matçlar çox maraqlı keçəcək. Çünki onların əla azarkeşləri var. Azərbaycan çətin rəqib deyil. Amma biz onları qiymətləndirməliyik. Lakin Azərbaycanla matçlarda 6 xal almağa borcluyuq. İstənilən halda rəqibi aşağılamaq olmaz”.

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan Xorvatiya, Uels, Slovakia və Macarıstanla eyni qrupda yer alacaq.