Azərbaycan cüdoçusu Avropa çempionatının qalibi olub

  • By admin
  • 03 Noyabr 2019 10:49

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Gununsesi.org-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev qızıl medala sahib olub.

Ardıcıl olaraq, bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyən Məmmədəliyev finalda rusiyalı Ayub Xajaliyevə qızıl xalla qalib gəlib. O, karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala sahib olub.

 

Gununsesi.org