“Azərbaycan Dəmir Yolları” sürət elektrik qatarlarının sayını artırır

  • By admin
  • 11 Oktyabr 2019 11:22

Bu ilin sonuna qədər “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 sürət elektrik qatarı alacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

Sədr İsveçrə qatarlarının MDB ölkələrində istehsal olunan qatarlarla müqayisədə kəskin baha alınmasına da münasibət bildirib: “Stadler” qatarlarını Rusiya və Belarus qatarları ilə eyniləşdirmək olmaz. İsveçrə qatarlarında 40 ədəd səsboğucu var, halbuki, Rusiya qatarlarında ondan cəmi 2 ədəd olur”.