Azərbaycan dəmir yolunun Parsabada birləşdirilməsi gündəmdədir

  • By admin
  • 06 Fevral 2019 10:02

Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayəti Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.

Trend-in məlumatına görə, bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.

Ərdəbil-Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımi addımlar atılıb və Ərdəbil-Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstərilir.