Azərbaycan, Ermənistan və Rusiya prezidentləri görüşəcək

  • By admin
  • 09 İyun 2016 18:31

 

Aliyev Putin and Sarkisyan

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.  Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham ƏliyevSerj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: “Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq”.

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

(APA)