Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18% artıb

  • By admin
  • 03 Dekabr 2019 16:16

Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 14 075 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Gununsesi.org-a verilən məlumata görə, bu göstərici son bir ayda 202,9 mln. manat və ya 1,5% artıb.

Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1 446,7 mln. manat və ya 11,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 185,8 mln. manat və ya 18,4% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.

Gununsesi.org